Bank Of Baku

Qurban Qurbanov: "Sevilya" ilə matç xal baxımından çox vacibdir"

Qurban Qurbanov: "Sevilya" ilə matç xal baxımından çox vacibdir"
# 27 noyabr 2019 21:54 (UTC +04:00)

"Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Üstəlik, rəqib növbəti mərhələyə birinci yerlə vəsiqəni təmin edib". 

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turunun “Sevilya” ilə İspaniyadakı oyununa həsr olunan mətbuat konfransına qatılıb. Q.Qurbanov sabahkı matç barədə fikirlərini açıqlayıb: "İstənilən halda, xal baxımından bizim üçün çox vacib oyundur. Bizim üçün bütün oyunlar önəmlidir. Hər matçda çatışmayan cəhətlərimizi yaxşılaşdırmağa, yaxşı mübarizə aparmağa çalışırıq. Xüsusən də, belə komandalara qarşı. Sabah da böyük komandaya qarşı çıxış edəcəyik. 90 dəqiqə ərzində mübarizə aparmağa çalışacağıq. Rəqibin bugünkü açıqlamalarından da görürəm ki, sabah daha çox hücum etmək istəyəcəklər. Mən də belə düşünürdüm. “Sevilya” daim dinamik futbol oynamağa çalışır. Onlardan bunu gözləyirəm".

Qeyd edək ki, sabah "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR