Bu il Rusiya hərbi müəssisələrinə daha 88 azərbaycanlı qəbul olunacaq

Bu il Rusiya hərbi müəssisələrinə daha 88 azərbaycanlı qəbul olunacaq
# 15 avqust 2016 13:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Müdafiə Nazirliyi Xəzər dənizində təhlükəsizlik və etimad tədbirləri sisteminin qurulması ilə bağlı Azərbaycanla dialoqun fəallaşmasını gözləyir.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Azərbaycan və Rusiya müdafiə nazirlərinin Bakıdakı görüşünün yekunlarına dair açıqlamasında deyib.

O bildirib ki, Rusiya bu ilin payızında Moskvada keçiriləcək hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının da müsbət nəticələr verəcəyini düşünür. A. Antonov Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kadrların hazırlanması işinin də uğurla davam etdiyini əlavə edib: “Hazırda Rusiya Müdafiə Nazirliyinin təhsil müəssisələrində 65 azərbaycanlı hərbçi ödənişsiz təhsil alır. Bu il daha 88 hərbçi qəbul edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR