Bakının “Sabah” klubunda yeni təyinat baş tutub.
Apasport.az saytının məlumatına görə, Ramin Həsənov Bakı təmsilçisinin baş icraçı direktor vəzifəsinə təyin olunub.
Bu gün digər Premyer Liqa klubu “Səbail”dən ayrılan R.Həsənov fəaliyyətini paytaxt təmsilçisində davam etdirəcək.