Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, 1/8 final səddini adlayan komandalar fevralın 4-6-da ilk, 11-13-də cavab oyunlarını keçirəcəklər.
Yarımfinal mərhələsi martın 3-5 və aprelin 11-13-də baş tutacaq. Final qarşılaşması isə mayın 21-də təşkil olunacaq.
Türkiyə kuboku
1/4 final
1. “Trabzonspor” – “Ərzurumspor”
2. “Kırklarelispor” - “Fənərbaxça”
3. “Antalyaspor” – “Sivasspor”
4. “Alanyaspor” - “Qalatasaray”
Yarımfinal
1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi