Göyçayda evə basqın edən maskalı şəxslərdən daha biri tutulub

Göyçayda evə basqın edən maskalı şəxslərdən daha biri tutulub
# 08 dekabr 2015 09:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Göyçay rayonunda quldurluq edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də Göyçay şəhərində yaşayan Fərzalı Hacıyevin yaşadığı evdən quldurluq yolu ilə 100 manat və qızıl əşyalar aparmış qrupun digər üzvü - Ağcabədi rayon sakini Ədalət Azadov dekabrın 7-də DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobili idarə edərkən müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində Ə. Azadov saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobillə baxış zamanı 8,5 qram marixuana da aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR