Sorğu: Rusiyadakı TOP-menecerlərin 40%-dən çoxu ölkədən getmək istəyir

Sorğu: Rusiyadakı TOP-menecerlərin 40%-dən çoxu ölkədən getmək istəyir
# 07 iyun 2016 10:49 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyada çalışan TOP-menecerlərin 42%-i ölkədən getməyə hazırdır.

"APA-Economics" RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə "Kontakt" şirkətinin keçirdiyi sorğunun nəticələri göstərib. Sorğuda 467 TOP-menecer iştirak edib.

Sorğuda iştirak edənlərin 16%-i bildirib ki, yaxın iki il ərzində Rusiyadan getmək niyyətindədir. Onların getmək istədiyi ölkələr arasında ən məşhurları ABŞ, Almaniya və Böyük Britaniyadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR