Bank Of Baku

Yurgen Klopp ən yaxşı klub məşqçisi seçilib

Yurgen Klopp ən yaxşı klub məşqçisi seçilib
# 26 noyabr 2019 10:36 (UTC +04:00)

2019-cu ilin ən yaxşı klub məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp böyük üstünlüklə planetin ən yaxşısı olub. Almaniyalı səsvermədə 369 xal toplayıb.

İngiltərənin digər klubu “Mançester Siti”yə rəhbərlik edən ispaniyalı Pep Qvardiola 100 xal yığaraq 2-ci olub. Hollandiya “Ayaks”ını çalışdıran Erik Ten Haq 82 xalla ilk “üçlüy”ü tamamlayıb.

Qeyd edək ki, respondentlər ümumilikdə 19 çalışdırıcıya səs veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR