Bank Of Baku

AFFA daha bir türkiyəli futbolçunu milliləşdirir 

AFFA daha bir türkiyəli futbolçunu milliləşdirir 
# 03 iyul 2019 10:08 (UTC +04:00)

AFFA daha bir əcnəbi futbolçunu milliləşdirməyə qərar verib.

APA-nın məlumatına görə, assosiasiya yenidən qonşu Türkiyəyə üz tutub.

AFFA-nın hədəfinə “Kayserispor” klubunda çıxış edən Həsən Hüseyn Açar düşüb. Ötən yay “Əskişəhərspor”dan transfer olunan 24 yaşlı yarımmüdafiəçiyə milliləşmə barədə təklif də olub.

Bunu türkiyəli futbolçunun özü də təsdiqləyib: “Təklif gəlməsi doğrudur. Buna müsbət yanaşıram və hələ düşünürəm. Hər kəs millidə oynamaq istəyər. Əsas yığmada oynamaq istəyirəm. Ancaq Azərbaycan millisində də oynamaq qürur verər”.

Qeyd edək ki, AFFA daha öncə də Türkiyədən bir neçə oyunçunu Azərbaycan yığmalarına cəlb edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR