Bank Of Baku

AFFA-nın Hakimlər Komitəsinin sədri “Aberdin”in oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri “Aberdin”in oyununa təyinat alıb
# 04 iyul 2019 14:43 (UTC +04:00)

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik UEFA Avropa Liqasının I təsnifat mərhələsinin iki oyununa təyinat alıb.

APA-nın məlumatına görə, o, iyulun 11-də Şotlandiyanın Aberdin şəhərindəki “Pittodrie” stadionunda keçiriləcək “Aberdin” (Şotlandiya) – “Rovanyemi” (Finlandiya) matçının hakim-inspektoru olacaq. 

F. Ştuxlik iyulun 18-də Polşanın Krakov şəhərindəki “Krakov” stadionunda təşkil olunacaq “Krakovya” (Polşa) – “Dunajska Streda” (Slovakiya) qarşılaşmasında da eyni funksiyanı yerinə yetirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR