Bank Of Baku

Amerika kubokunun finalında Braziliya Peru ilə oynayacaq - VİDEO

Amerika kubokunun finalında Braziliya Peru ilə oynayacaq - VİDEO
# 04 iyul 2019 09:01 (UTC +04:00)

Braziliyada keçirilən Amerika kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

APA-nın məlumatına görə, Braziliyanın ardınca Peru da finala vəsiqə qazanıb. 

Onlar yarımfinalda Çiliyə qalib gəliblər. Perulular ilk hissədə 2, ikinci 45 dəqiqədə 1 dəfə fərqlənməklə, rəqiblərini 3:0 hesabı ilə məğlub ediblər. 

Beləliklə, iyulun 7-də baş tutacaq finalda Braziliya və Peru üz-üzə gələcək. Bir gün öncə keçiriləcək bürünc medal uğrunda görüşdə isə Argentina Çilini sınağa çəkəcək. 

Amerika kuboku
Yarımfinal
3 iyul
Çili – Peru – 0:3

Flores, 21, Yotun, 38, Querrero, 90+1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR