Bank Of Baku

Futbol üzrə Azərbaycan millisi 250-ci matçında böyük hesabla uduzub - YENİLƏNİB-8 - VİDEO

Futbol üzrə Azərbaycan millisi 250-ci matçında böyük hesabla uduzub  - YENİLƏNİB-8 - VİDEO
# 11 iyun 2019 21:49 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində IV turun ikinci oyun günü start götürüb.

APA-nın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.

Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan yığmamız Slovakiyanı qəbul edib. Bu, komandamızın cari tsikldə üçüncü görüşü olub.

Bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri ilk xalını slovakiyalılardan almağa çalışsalar da, yenə bunu bacarmayıblar. Əksinə, komandamız tarixində 250-ci oyununda darmadağınla üzləşib. 

Matçda hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka fərqlənib. Bundan 19 dəqiqə sonra Yuray Kuçka fərqi iki topa çatdırıb. Futbolçularımız 0:2 hesabı ilə geri düşdükdən sonra rəqib qapısına yol tapıb. Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Lakin 1 dəqiqə sonra slovakiyalılar Marek Hamşikin qolu ilə fərqi yenidən 2 topa çatdırıblar. 

Qonaqlar fasilədən sonra qapımıza daha iki dəfə yol tapıblar. Kapitan Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurduğu halda, matçda son nöqtəni David Hançko qoyub - 5:1. 

Beləliklə, yığmamız Nikola Yurçevinin rəhbərliyi altında meydanı yenə məğlub tərk edib. Rəqib isə turnir cədvəlində ilk pilləyə yüksəlib.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, IV tur
11 iyun
20:00. Azərbaycan - Slovakiya - 1:5

QOLLAR: Şeydayev, 29 - Lobotka, 8, Kuçka, 27, Hamşik, 30, 57, Hançko, 85
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Alan Malvanni, Sin Kerr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namiq Ələsgərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 1. Matuş Kozaçik, 12. Marek Rodak, 4. Branislav Ninay, 5. Lyubomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mixalik, 8. Andrey Duda, 9. Lukas Harastin, 13. Patrik Qroşovski, 15. Robert Mazan, 18. Pavol Şafranko, 21. Matuş Bero
Baş məşqçi: Pavel Hapal
Bakı. “Bakcell Arena” stadionu 

1

Slovakiya

3

2

0

1

7-2

6

1

Macarıstan

3

2

0

1

5-4

6

2

Xorvatiya

3

2

0

1

5-4

6

3

Uels

2

1

0

1

2-2

3

5

Azərbaycan

3

0

0

3

3-10

0

 

***

Saat. 21:41

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya matçında qonaqlar komandamızı növbəti dəfə cəzalandırıblar. 

APA-nın məlumatına görə, komandamızın qapısından 5-ci qolu David Hançko keçirib - 5:1.

***

Saat. 21:14

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya matçında qonaqlar daha bir qol vurublar. 

APA-nın məlumatına görə, rəqibin heyətində Marek Hamşik özünün ikinci, komandasının dördüncü qolunu vurub - 4:1.

***

Saat. 21:01

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya matçında ikinci hissə başlayıb. 

APA-nın məlumatına görə, komandamız ilk 45 dəqiqədən sonra 1:3 hesabı ilə geridədir. 

***

Saat. 20:46

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya matçında ilk hissə yekunlaşıb. 

APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız fasilə 1:3 hesabı ilə məğlub durumda yollanıb. 

***

Saat. 20:33

AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində keçirilən Azərbaycan - Slovakiya görüşdə 4-cü qol vurulub. 
APA-nın məlumatına görə, Bakıda keçirilən matçda yenə qonaqlar qol sevinci yaşayıblar. Slovakiyalıların kapitanı Marek Hamşik komandamızı mərkəzə dəvət edib. 

***

Saat. 20:30

AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində keçirilən Azərbaycan - Slovakiya görüşdə millimiz hesab arasındakı fərqi azaldıb. 
APA-nın məlumatına görə, Bakıda keçirilən matçda komandamızın heyətində Ramil Şeydayev dəqiq zərbə vurub. 

***

Saat. 20:28

AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində keçirilən Azərbaycan - Slovakiya görüşdə qonaqlar hesabı artırıblar. 
APA-nın məlumatına görə, Bakıda keçirilən matçda qonaqların futbolçusu Yuray Kuçka cərimə zərbəsindən fərqlənib - 2:0. 

***

Saat. 20:08

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Slovakiya ilə görüşdə hesabda geri düşüb. 
APA-nın məlumatına görə, Bakıda keçirilən matçda yığmamızın qapısına Stanislav Lobotka yol tapıb - 0:1. 

***

Saat. 20:00

AVRO-2020-nin seçmə mərhələsində IV turun ikinci oyun günü start götürüb.

APA-nın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.

Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan yığmamız Slovakiyanı qəbul edir. Bu, komandamızın cari tsikldə üçüncü görüşüdür.

Bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri ilk xalını slovaklardan almağa çalışacaq. Komandamız bu seçmə mərhələdə ikinci ev oyununda da azarkeşlərini üzməmək üçün məğlub olmamalıdır.

Millimiz 3 xal əldə etsə, bu, N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk qələbəsi olacaq. Qələbə həmçinin yığmamızın sonuncu pillədən qurtulması üçün kifayət edəcək.

Matç yığmamızın tarixində 250-ci oyunu olacaq. Bunadək 249 dəfə meydana çıxan komandamız yubileydə uğur qazanmaq əzmindədir.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.
 

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, IV tur
11 iyun
20:00. Azərbaycan - Slovakiya - 1:4

QOLLAR: Şeydayev, 29 - Lobotka, 8, Kuçka, 27, Hamşik, 30, 57, Hançko, 85
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Alan Malvanni, Sin Kerr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namiq Ələsgərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 1. Matuş Kozaçik, 12. Marek Rodak, 4. Branislav Ninay, 5. Lyubomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mixalik, 8. Andrey Duda, 9. Lukas Harastin, 13. Patrik Qroşovski, 15. Robert Mazan, 18. Pavol Şafranko, 21. Matuş Bero
Baş məşqçi: Pavel Hapal
Bakı. “Bakcell Arena” stadionu 

1

Macarıstan

3

2

0

1

5-4

6

2

Xorvatiya

3

2

0

1

5-4

6

3

Uels

2

1

0

1

2-2

3

4

Slovakiya

2

1

0

1

2-1

3

5

Azərbaycan

2

0

0

2

2-5

0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR