Bu gün Avropa Liqasında 2019/20 mövsümünün ilk püşkü atılıb.
APA-nın məlumatına görə, ilkin mərhələdə mübarizə aparacaq 14 klub püşkatmada 7 cütlük təşkil edib.
I təsnifat mərhələsinə vəsiqələr uğrunda mübarizə aparacaq komandalar iyunun 27-də ilk oyunlarını keçirəcək.
Avropa Liqası
İlkin mərhələ
27 iyun / 4 iyul
“Progres” (Lüksemburq) - “Kardiff MU” (Uels)
“La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra)
“Sent Culiya” (Andorra) - “Europa” (Cəbəllütariq)
“Ballumena” (Şimali İrlandiya) - NSİ (Farer adaları)
“Priştina” (Kosovo) - “Sent Josefs” (Cəbəllütariq)
“Tre Fiori” (San-Marino) - “Klaksvik” (Farer adaları)
“Barri Taun” (Uels) - “Kliftonvill” (Şimali İrlandiya)