Bank Of Baku

Avropa Liqasında yeni mövsüm 7 oyunla başlayıb

Avropa Liqasında yeni mövsüm 7 oyunla başlayıb
# 28 iyun 2019 09:34 (UTC +04:00)

Avropa Liqasında 2019/20 mövsümünə start verilib.

APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 7 qarşılaşma baş tutub.

Azərbaycan kubokunun qalibi “Qəbələ”nin potensial rəqiblərinin matçında bir qol vurulub. Andorra təmsilçisi “Enqordani” səfərdə San-Marinonun “La Fiorita” komandasına qalib gəlib – 1:0. Bu cütdə qələbə qazanan klub I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su (Tbilisi), həmin matçların qalibi isə növbəti raundda “Qəbələ” ilə görüşəcək.

Qeyd edək ki, cavab oyunları iyulun 4-də baş tutacaq.
Avropa Liqası
İlkin mərhələ
27 iyun 

“Progres” (Lüksemburq) - “Kardiff MU” (Uels) – 1:0
“La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra) – 0:1
“Sent Culiya” (Andorra) - “Europa” (Cəbəllütariq) – 3:2
“Ballumena” (Şimali İrlandiya) - NSİ (Farer adaları) – 2:0
“Priştina” (Kosovo) - “Sent Josefs” (Cəbəllütariq) – 1:1
“Klaksvik” (Farer adaları) - “Tre Fiori” (San-Marino) – 5:1
“Barri Taun” (Uels) - “Kliftonvill” (Şimali İrlandiya) – 0:0
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR