Avstraliya və İndoneziya futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etməyə qərar verib.
APA-nın məlumatına görə, bu razılıq iki ölkənin futbol federasiyaları arasında görüşdə əldə olunub.
Asiya Futbol Konfederasiyasını təmsil edən bu iki ölkə 2034-cü ildə keçiriləcək mundialı təşkil etmək niyyətindədir. Öncədən DÇ-2034-ə namizədliyini irəli sürəcəyi gözlənilən Tailand isə bu fikrindən daşınıb. Buna görə də DÇ-2022-nin ev sahibliyinə namizədliyini verən, lakin yerin seçilməsi zamanı uduzan Avstraliya növbəti cəhddən istəyinə çatmaq arzusundadır.
Qeyd edək ki, dünya çempionatı 2022-ci ildə Qətərdə, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. DÇ-2030-un ev sahibi isə hələ müəyyənləşməyib.