Bank Of Baku

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsində mümkün rəqibləri dəqiqləşib

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsində mümkün rəqibləri dəqiqləşib
# 19 iyun 2019 16:20 (UTC +04:00)

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.

APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki püşkatmada yarışa bu raunddan başlayacaq “Qəbələ”nin, həmçinin ilk mərhələdə mübarizə aparan “Neftçi” ilə “Səbail”in potensial rəqibləri müəyyənləşib.

Eyni zamanda, Çempionlar Liqasında qüvvəsini sınayacaq “Qarabağ”ın uğursuzluqla üzləşəcəyi halda, Avropa Liqasında qarşılaşacağı komanda adına namizədlər bilinib. 

“Qəbələ” II təsnifat mərhələsində “Dinamo” (Gürcüstan) – “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalib ilə görüşəcək. “Qırmızı-qaralar” ilk görüşü evdə keçirəcəklər.

I təsnifat mərhələsində Moldovanın “Speranta” klubu ilə üz-üzə gələcək “Neftçi” turu adlasa, Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq. Bakılılar mərhələni səfərdə başlayacaq.

İlk mərhələdə Rumıniya “Universitatya”sı ilə görüşəcək “Səbail” II təsnifat mərhələsində “Honved” (Macarıstan) – “Jalgiris” (Litva) cütünün qalibi ilə üz-üzə gələcək. Paytaxt klubu ilk matçına səfərdə çıxacaq.

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Partizani” (Albaniya) - “Qarabağ” cütündə məğlub olan komanda Avropa Liqasında “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) cütünün uğursuzu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı cütdə məğlub olan ilk görüşü evdə keçirəcək.

II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları Çempionlar Liqasında iyulun 9-10-da və 16-17-də, Avropa Liqasında isə 11-də və 18-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR