Bank Of Baku

Azərbaycan milli komandası Şimali Makedoniya ilə heç-heçə edib

Azərbaycan milli komandası Şimali Makedoniya ilə heç-heçə edib
# 13 iyun 2019 15:03 (UTC +04:00)

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. 

APA-nın məlumatına görə, millimiz bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.

Qeyd edək ki, komandalar arasında ilk görüşdə meydan sahibləri 3:1 hesabı ilə qalib gəlmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR