19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
APA-nın məlumatına görə, komandamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı çərçivəsində ikinci matçını keçirib.
Yığmamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə görüşüb. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Turan Vəlizadə penalti zərbəsindən vurub.
Qeyd edək ki, millimiz belaruslularla ilk oyunda 0:4 hesabı ilə uduzub.