Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsinin Macarıstanla oyununun hazırlığını başa vurub.
APA-nın məlumatına görə, baş məşqçi Nikola Yurçeviçin yetirmələri sabah baş tutacaq qarşılaşma öncəsi son məşqi “Bakcell Arena”da gerçəkləşdirib.
Xorvatiyalı mütəxəssisin yetirmələri oyunun keçiriləcəyi arenadakı məşq ediblər. Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Macarıstan görüşü saat 20:00-da başlayacaq.