Bank Of Baku

Azərbaycan millisi Slovakiya ilə oyununun hazırlığını başa vurub - FOTOSESSİYA

Azərbaycan millisi Slovakiya ilə oyununun hazırlığını başa vurub - FOTOSESSİYA
# 10 iyun 2019 18:54 (UTC +04:00)

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsinin IV turunun Slovakiya ilə oyununun hazırlığını başa vurub.

APA-nın məlumatına görə, baş məşqçi Nikola Yurçeviçin yetirmələri iyunun 11-də baş tutacaq qarşılaşma öncəsi son məşqini “Bakcell Arena”da gerçəkləşdirib.

Yığmamızın futbolçuları oyunun keçiriləcəyi arenada məşq ediblər. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Qeyd edək ki, seçmə mərhələnin E qrupunun IV turu çərçivəsində sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya görüşü saat 20:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR