Bank Of Baku

Azərbaycan millisinin futbolçusu klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu klubunu dəyişib
# 13 iyun 2019 16:14 (UTC +04:00)

“Sumqayıt” futbol klubu növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi heyətini daha bir futbolçu ilə gücləndirib. 

Belə ki, sumqayıtlılar ötən mövsümü “Keşlə”də keçirəm Sertan Taşqınla anlaşıb. 2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu “Sumqayıt”da 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, S.Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib. O, həmçinin Azərbaycanın U-19 və U-21 millilərinin də şərəfini qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR