Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün transfer pəncərələrinin vaxtı açıqlanıb.
APA-nın məlumatına görə, mövsümün yay transfer pəncərəsi 6 gündən sonra açılacaq. Bu dövr 2019-cu ilin 11 iyun – 2 sentyabr tarixlərini əhatə edəcək.
Qış transfer pəncərəsi isə 2020-ci ilin 7 yanvar - 3 fevral tarixində açıq olacaq.
Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.