Bank Of Baku

Azərbaycan yığması Avropa Liqasında iştirak edəcək

Azərbaycan yığması Avropa Liqasında iştirak edəcək
# 01 iyul 2019 10:15 (UTC +04:00)

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Liqasında iştirak edəcək.

APA-nın məlumatına görə, yığmamız Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq turnirdə qüvvəsini sınayacaq.

Komandamız ilk görüşünü iyulun 5-də Rusiyaya qarşı keçirəcək. Ertəsi gün İspaniya ilə üz-üzə gələcək yığmamız ayın 7-də Türkiyə ilə qarşılaşacaq. 

Yığmamız yarışa 12 futbolçu ilə yollanacaq: Vaqif Şirinbəyov, Elçin  Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Rüfət Məmmədov, Sabir Allahquliyev, Ruslan Poladov.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR