Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
APA-nın məlumatına görə, millimiz Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu, komandaların ardıcıl ikinci matçı olub.
İyunun 13-də baş tutan qarşılaşmada meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.