Bank Of Baku

Bakı klubu fransalı futbolçu ilə müqavilə imzalayıb

Bakı klubu fransalı futbolçu ilə müqavilə imzalayıb
# 07 iyun 2019 14:59 (UTC +04:00)

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

APA-nın klubun saytına istinadən məlumatına görə, Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq. 

Ötən mövsüm Azərbaycanda “Səbail” klubunda çıxış edən 26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb. O, ölkəmizə gələnədək Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın MOİK (Sofiya) komandalarının şərəfini qoruyub. 

Qeyd edək ki, hücumçu Konqo millisində 3 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR