Bank Of Baku

Bakıda dubl edən macarıstanlı: "Azərbaycan millisinin qapısı önündə daha effektli oynadıq"

Bakıda dubl edən macarıstanlı: "Azərbaycan millisinin qapısı önündə daha effektli oynadıq"
# 09 iyun 2019 12:36 (UTC +04:00)

“Bizimlə müqayisədə Azərbaycan yığması topla daha yaxşı rəftar edirdi. Lakin biz rəqib qapısı önündə daha effektli oynadıq”.

APA-nın məlumatına görə, bunu Macarıstan milli komandasının futbolçusu Villi Orban deyib.

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə Bakıdakı görüşündə iki qol vuran 27 yaşlı müdafiəçi matç barədə fikirlərini açıqlayıb. V.Orban 3:1 hesablı qələbənin sevindirici olduğunu qeyd edib: “Bilirəm ki, bu qələbədən sonra qrup liderliyinə yüksəldik. Amma bu haqda danışmaq hələ tezdir. Çünki hələ seçmə mərhələnin əvvəlidir. İyunun 11-də bizi daha bir vacib matç – Uelslə sınaq gözləyir. Ümid edirəm ki, qələbə ilə zirvədəki mövqeyimizi qoruyacağıq”.

V.Orban müdafiəçi olsa da, dubla imza atmasına da münasibət bildirib: “Vurduğum iki vacib qolla komandamın qələbəsinə kömək etdiyim üçün şadam. İkinci qolda bəxtim gətirdi. Top qapı xəttinin üzərində dizimə dəydi. Son vaxtlar komandamız məhsuldar çıxış edir. Bunu Balaş Cudcakın gözəl oyunu ilə əlaqələndirərdim. O, komanda yoldaşlarına gözəl ötürmələrlə qol imkanları yaradır. Əminliklə deyə bilərəm ki, bu da komandamızın əsas silahlarından biridir”.

Qeyd edək ki, yığmada 7-ci oyununu keçirən müdafiəçinin hesabında üç qol var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR