Bakının “Səbail” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi braziliyalı Eriko Konstantino da Silvanı heyətinə qatıb.
Cənubi amerikalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı legionerin son klubu Rumıniya təmsilçisi “Astra” olub.
Qeyd edək ki, müdafiəçi karyerası ərzində Braziliyada “Botofoqo”, “Rio Branko”, “Quaratinqueta”, Rumıniyada “Panduri”, “Universitatya” (Kluj) klublarında da çıxış edib.