Bank Of Baku

Braziliya yığması Argentinaya qalib gələrək finala yüksəlib

Braziliya yığması Argentinaya qalib gələrək finala yüksəlib
# 03 iyul 2019 09:01 (UTC +04:00)

Braziliyada keçirilən Amerika kubokunda yarımfinal mərhələsinə start verilib.

APA-nın məlumatına görə, ilk finalçı Braziliya və Argentina millilərinin oyununda müəyyənləşib.

Belu Orizonti şəhərindəki qarşılaşmada meydan sahibləri qalib gəlib. Hər hissədə bir qol vuran “sambaçılar” 12 ildən sonra finala yüksəlib.

Braziliyanın həlledici qarşılaşmadakı rəqibi bu gün keçiriləcək Çili – Peru matçında bilinəcək. Final oyunu iyulun 7-də, bürünc medal uğrunda görüş isə ayın 6-da başlayacaq.

Amerika kuboku
Yarımfinal
2 iyul
Braziliya – Argentina – 2:0

Qabriel Jezus, 19, Firmino, 71

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR