Bank Of Baku

Braziliya yığması yarımfinala yüksəlib

Braziliya yığması yarımfinala yüksəlib
# 28 iyun 2019 09:18 (UTC +04:00)

Braziliyada təşkil olunan Amerika kubokunda 1/4 final mərhələsinə start verilib.

APA-nın məlumatına görə, ilk yarımfinalçı meydan sahibləri ilə Paraqvay yığması arasında görüşdə müəyyənləşib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Görüşün qalibi penaltilər seriyasında bəlli olub. Braziliya yığması 4:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “sambaçılar”ın iyulun 2-də keçiriləcək yarımfinaldakı rəqibi Argentina – Venesuela görüşündə müəyyənləşəcək.

Amerika kuboku
1/4 final
27 iyun

Braziliya – Paraqvay – 0:0, pen.4:3
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR