Bank Of Baku

“Çelsi”nin yeni baş məşqçisinin adı açıqlanıb

“Çelsi”nin yeni baş məşqçisinin adı açıqlanıb
# 04 iyul 2019 12:35 (UTC +04:00)

Londonun “Çelsi” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. 

APA-nın klubun saytına istinadən məlumatına görə, “zadəganlar”ın “sükanı arxasına” sabiq futbolçusu Frank Lempard gətirilib. 

“Çelsi”nin tarixinə düşmüş oyunçu ilə 3 illik müqavilə imzalanıb. Bu postda "Yuventus"a keçən Maurisio Sarrini əvəzləyən sabiq yarımmüdafiəçi yeni klubunda ilinə 4,5 milyon avro qazanacaq. 

Qeyd edək ki, F. Lempard 2001-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub. 41 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə isə 2018-ci ildə “Derbi Kaunti”də başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR