Bank Of Baku

David Trezeqe: “Bakı Olimpiya Stadionunu gözəl hesab edirəm”

David Trezeqe: “Bakı Olimpiya Stadionunu gözəl hesab edirəm”
# 14 iyun 2019 10:21 (UTC +04:00)

“Bakı Olimpiya Stadionunun özünü gözəl və tutumlu hesab edirəm”.

APA-nın məlumatına görə, bunu Fransa millisinin sabiq futbolçusu David Trezeqe deyib.

Tanınmış futbol veteranı Avropa Liqasının mayın 29-da Bakıda keçirilən final oyunu barədə fikirlərini açıqlayıb. Ayrı-ayrı şəhərlərin AVRO-2020-yə hazırlığında danışan D.Trezeqe “Çelsi” – “Arsenal” görüşünün qitə çempionatına hazırlıq baxımından Bakının xeyrinə olduğunu bildirib: “Bu, Bakının belə tədbir keçirməkdə ilk təcrübəsi idi. Həmişə olduğu kimi başlanğıc nadir hallarda kimdəsə ideal alınır. Əlbəttə, Azərbaycan Avropa hissəsindən kənarda yerləşir. Amma belə təcrübə ölkənin paytaxtına AVRO-2020 üçün bütün mənalarda daha yaxşı olmağa çox kömək edəcək”.

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR