Əlcəzair millisinin sabiq futbolçusu “Səbail”ə keçib

Əlcəzair millisinin sabiq futbolçusu “Səbail”ə keçib
# 23 iyun 2019 14:08 (UTC +04:00)

Bakının “Səbail” klubu daha bir futbolçu transfer edib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Əlcəzair əsilli fransalı Bilal Həmdi ilə müqavilə imzalayıb.

Ötən mövsümdə də Azərbaycanda çıxış edən 28 yaşlı yarımmüdafiəçi “Zirə”dən Bakının digər klubuna keçib. Futbolçu ilə müqavilənin müddəti açıqlanmır.

Qeyd edək ki, B.Həmdi əvvəllər Əlcəzairin gənclər yığmasında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR