Bank Of Baku

“Fənərbaxça” Əmrə Bəlözoğlu ilə müqavilə imzalayıb

“Fənərbaxça” Əmrə Bəlözoğlu ilə müqavilə imzalayıb
# 02 iyul 2019 14:35 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubu transfer çalışmalarını davam etdirir.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi sabiq futbolçusu Əmrə Bəlözoğlu ilə müqavilə imzalayıb.

Ötən mövsüm “Başakşəhər”də çıxış edən 39 yaşlı futbolçu növbəti mövsümdə yenidən “sarı-lacivərtlilər”in formasını geyinəcək. Türkiyə millisinin yarımmüdafiəçisi 5 nömrəli formanı daşıyacaq.

Qeyd edək ki, Ə.Bəlözoğlu 2008-12, 2013-15-ci illərdə də “Fənərbaxça”da çıxış edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR