Bank Of Baku

“Fənərbaxça” İran yığmasının futbolçusu ilə müqavilə bağlayıb

“Fənərbaxça” İran yığmasının futbolçusu ilə müqavilə bağlayıb
# 01 iyul 2019 16:52 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubu iranlı futbolçu transfer edib.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi Allahyar Sayyadmaneşlə 5 illik müqavilə bağlayıb.

Türkiyəlilər 18 yaşlı hücumçu üçün “İstiqlal” klubuna 850 min avro ödəyib. İran təmsilçisinin heyətində cari mövsüm 15 oyunda 2 qol vuran forvard 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, İranın U-17 və U-23 yığmalarında oynamış futbolçu bu il əsas millidə də debüt edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR