Bank Of Baku

Hari Kehill “İnter”ə keçir

Hari Kehill “İnter”ə keçir
# 17 iyun 2019 12:56 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubunun futbolçusu Hari Kehill karyerasını İtaliyada davam etdirməyə yaxındır.

APA-nın məlumatına görə, ayın sonunda müqaviləsi başa çatacaq təcrübəli müdafiəçi azad agent statusu alacaq.

Bundan sonra 33 yaşlı futbolçu “İnter”ə qoşulacaq. Milan klubunun yeni baş məşqçisi Antonio Konte “Çelsi”də çalışdığı vaxt rəhbərliyi altında oynayan müdafiəçinin xidmətində maraqlıdır.

Qeyd edək ki, H.Kehill ötən mövsümdə “Çelsi”də cəmi iki oyun keçirdiyindən müqaviləsi uzadılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR