Bank Of Baku

Hollandiya Millətlər Liqasının finalına yüksəlib

Hollandiya Millətlər Liqasının finalına yüksəlib
# 07 iyun 2019 01:33 (UTC +04:00)

UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqasında final mərhələsinin növbəti oyunu keçirilib.

APA-nın məlumatına görə, A liqasının qrup qaliblərinin yarımfinal mübarizəsi başa çatıb.

Portuqaliyada təşkil olunan həlledici mərhələnin ikinci yarımfinalinda Hollandiya və İngiltərə milliləri üz-üzə gəliblər. Oyunun əsas vaxtında qalibi müəyyənləşdirməyib. 

İlk yarıda Markus Reşford hesabı açsa da, hollandiyalılar fasilədən sonra status-kvonu bərpa ediblər. Mateys De Liqt bərabərlik qolunu vurub.

Əlavə vaxtda isə hollandlar iki qola sevinib. Uolkerin avtoqolu və Promesin rəqib qapısından keçirdiyi top "narıncılar"a əzmkar qələbə qazandırıb – 3:1.

Qeyd edək ki, bir gün əvvəl keçirilən ilk yarımfinalda meydan sahibi Portuqaliya İsveçrə ilə qarşılaşıb. Kriştianu Ronaldonun het-triki son Avropa çempionlarına 3:1 hesablı qələbə qazandırıb. İyunun 9-da başa çatacaq turnirin son günündə İsveçrə ilə İngiltərə 3-cü yer, Portuqaliya ilə Hollandiya qalib adı uğrunda mübarizə aparacaq.

Millətlər Liqası, final mərhələsi
Yarımfinal
6 iyun
22:45. Hollandiya - İngiltərə - 3:1
Qollar: De Liqt, 73, Uolker, 97 (avtoqol), Promes, 114 - Reşford, 32 (pen.)
Baş hakim: Klemen Turpin (Fransa)
Gimaraynş. D.Afonso Enrike stadionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR