İtaliyanın “Roma” klubu növbəti futbolçu transferini rəsmiləşdirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi yarımmüdafiəçi Amadu Diavaranı heyətinə qatıb.
21 yaşlı qvineyalı ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. “Napoli”dən transfer olunan futbolçu üçün 21 milyon avro ödənilib.
Qeyd edək ki, A.Diavara ötən mövsüm neapolluların heyətində 19 oyun keçirib.