“Keşlə” klubu daha bir futbolçu ilə anlaşıb.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi növbəti transferini həyata keçirib.
Belə ki, klub rəhbərliyi ilə futbolçu Ziya Əzizov arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Son klubu Hollandiyanın “Neymegen” klubu olan azərbaycanlı futbolçu ilə müqavilə 1+1 illik şərti ilə bağlanıb.
Qeyd edək ki ki, yarımmüdafiəçi mövqeyində çıxış edən Z.Əzizov Azərbaycanın U-21 milli komandasının da üzvüdür.