Bank Of Baku

“Keşlə” moldovalı qapıçı ilə müqavilə imzalayıb

“Keşlə” moldovalı qapıçı ilə müqavilə imzalayıb
# 05 iyul 2019 13:44 (UTC +04:00)

“Keşlə” klubu növbəti futbolçu transferini rəsmiləşdirib. 

APA-nın məlumatına görə, Bakı təmsilçisi 33 yaşlı qapıçı Stanislav Namaşko ilə razılıq əldə edib. 

Moldova millisinin üzvü ilə müqavilə 1+1 şərti ilə bağlanılıb. 

Ölkəsinin müxtəlif yaş kateqoriyaları üzrə yığmalarında çıxış edən S.Namaşko “Tiraspol”, “Şerif”, Dinamo-Avto (hər üçü Moldova), “Kuban”, “Spartak” (Nalçik), “Volqar” (hər üçü Rusiya), AZAL (Azərbaycan), “Levadiakos” (Yunanıstan) və “Deçiç” (Monteneqro) klublarında da oynayıb. Onun son komandası Monteneqro “Zeta”sı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR