Bank Of Baku

Kolumbiya yığması Amerika kubokunda 1/4 finala yüksəlib

Kolumbiya yığması Amerika kubokunda 1/4 finala yüksəlib
# 20 iyun 2019 09:26 (UTC +04:00)

Braziliyada keçirilən futbol üzrə Amerika kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

APA-nın məlumatına görə, B qrupunda II turun iki qarşılaşması baş tutub.

Kolumbiya Qətərlə görüşdə minimal hesabla qalib gəlib. Ardıcıl ikinci qələbəsini qazanan Cənubi Amerika təmsilçisi qrupda 1-ci yeri təmin edib. 1/4 finala yüksələn Kolumbiyanın bu mərhələdəki rəqibi C qrupunun ikincisi olacaq.

Argentina isə yenə qələbəyə həsrət qalıb. Lionel Messi millidə növbəti qolunu vursa da, komandası Paraqvayla heç-heçə edib.

Qeyd edək ki, B qrupunda sonuncu turun oyunları iyunun 23-də keçiriləcək.

Amerika kuboku
II tur
B qrupu
19 iyun
Kolumbiya – Qətər – 1:0

Zapata, 86
Argentina – Paraqvay – 1:1
Messi, 57 (pen.) – Sançes, 37

 

1

Kolumbiya

2

2

0

0

3-0

6

2

Paraqvay

2

0

2

0

3-3

2

3

Qətər

2

0

1

1

2-3

1

4

Argentina

2

0

1

1

1-3

1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR