Bank Of Baku

Kriştianu Ronaldo Portuqaliya yığmasını Millətlər Liqasının finalına daşıyıb - VİDEO

Kriştianu Ronaldo Portuqaliya yığmasını Millətlər Liqasının finalına daşıyıb - VİDEO
# 06 iyun 2019 00:48 (UTC +04:00)

UEFA-nın yeni layihəsi olan Millətlər Liqasında final mərhələsinə start verilib.

APA-nın məlumatına görə, A liqasının qrup qalibləri kubok uğrunda mübarizəyə Portuqaliyada başlayıblar.

Yarımfinalın ilk görüşündə meydan sahibləri ilə İsveçrə üz-üzə gəliblər. Portudakı “Draqao” stadionunda keçirilən görüşdə son Avropa çempionları ilk yarının ortalarında hesabı açıblar. Kriştianu Ronaldo cərimə zərbəsi ilə isveçrəliləri məyus edib.

İkinci hissədə almaniyalı hakim Feliks Brixin VAR sisteminin köməyi ilə təyin etdiyi penaltidən yararlanan isveçrəlilər bərabərlik qoluna seviniblər. Rikardo Rodriges meydan sahiblərinin qapısına yol tapıb. Qarşılaşmanın taleyi isə son dəqiqələrdə həll olunub. Üç dəqiqəyə iki qol vuran K.Ronaldo əlavə vaxtın oynanılmasına mane olub. Het-trikini rəsmiləşdirən hücumçu Portuqaliyanı Millətlər Liqasının finalına daşıyıb.

Qeyd edək ki, ikinci yarımfinal oyunu sabah baş tutacaq. Hollandiya və İngiltərə Gimaraynşda qarşılaşacaq. Final və 3-cü yer uğrunda matçlar isə iyunun 9-da keçiriləcək.

Millətlər Liqası, final mərhələsi

Yarımfinal 5 iyun 22:45.

Portuqaliya – İsveçrə - 3:1

Qollar: Kriştianu Ronaldo, 25, 88, 90 – Rodriges, 57 (pen.)

Baş hakim: Feliks Brix (Almaniya) Portu. “Draqao” stadionu

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR