Bakıda saxta əskinasların dövriyyəsi ilə məşğul olan iki nəfər tutulub

Bakıda saxta əskinasların dövriyyəsi ilə məşğul olan iki nəfər tutulub
# 04 aprel 2015 10:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda saxta pulun dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari ilin mart ayı ərzində Qaradağ rayonunun Ələt qəsəbəsində şəxsiyyəti məlum olmayan iki qəsəbə sakini Azər Əhədov, Nənəqız Həşimova və Elman Bayramova məxsus (şərik) mağazadan ərzaq məhsulları alıb və ödəniş kimi hər birinə 20 manatlıq əskinas verib.

Əskinasların saxta olması müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əskinasları vermiş şəxslərin qəsəbə sakinləri Məhəbbət Şəmilzadə və Davud Azadxanlı olması müəyyən edilib və onlar tutulublar.

D. Azadxanlıya məxsus Ələt qəsəbəsində yerləşən internet kluba baxış zamanı rəngli printer və skaner aparatları aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR