Futbol üzrə Fransa çempionatının Liqa1-də yeni mövsümün təqvimi açıqlanıb.
APA-nın məlumatına görə, 2019/20 mövsümünə avqustun 10-da start veriləcək.
Son çempionu PSJ ilk turda “Nim”lə qarşılaşacaq. Həmin gün “Lill” “Nant”ı, “Marsel” “Reyms”i qəbul edəcək.
“Monpelye”nin qonağı “Renn” olacaq. “Monako” evdə “Lion”la görüşəcək. İlk turda “Dijon” - “Sent Etyenn”, “Nitsa” – “Amyen”, “Strasburq” – “Mets”, “Anje” – “Bordo” və “Brest” – “Tuluza” cütləri də üz-üzə gələcək.
Qeyd edək ki, Fransa çempionatı mayın 23-də başa çatacaq.