Bank Of Baku

Lukas Vaskes “Real”ı “Arsenal”a dəyişə bilər

Lukas Vaskes “Real”ı “Arsenal”a dəyişə bilər
# 05 iyul 2019 09:47 (UTC +04:00)

İspaniyanın “Real” klubunun futbolçusu Lukas Vaskes klubunu dəyişə bilər. 

APA-nın xarici mətbuata istinadən məlumatına görə, İngiltərə “Arsenal”ı 28 yaşlı ispaniyalı hücumçunun xidmətində maraqlıdır. 

Artıq klublar arasında danışıqlar aparıldığı da bildirilir. Transferin 32 milyon avroya rəsmiləşəcəyi gözlənilir. Həmçinin əlavə 3 milyon avro bonus da nəzərdə tutulub. 

Qeyd edək ki, L. Vaskes 2018/19 mövsümündə Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 47 oyuna çıxıb və 5 qol vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR