İngiltərənin “Mançester Siti” klubu növbəti transferini rəsmiləşdirib.
APA-nın məlumatına görə, “şəhərlilər” Rodriqo Ernandesin keçidini həll ediblər.
23 yaşlı ispaniyalı Madrid “Atletiko”sundan transfer olunub. 5 illik müqavilə imzalanan yarımmüdafiəçinin keçidinin komanda üçün rekord məbləğə reallaşdığı bildirilir. Lakin konkret məbləğ açıqlanmayıb.
Qeyd edək ki, Rodri kimi tanınan futbolçu “Atletiko”ya ötən mövsüm “Vilyarreal”dan 20 milyon avroya transfer olunmuşdu. O, La Liqada 34 oyuna 3 qol vurub.