Suraxanı və Xətai rayonlarında yol qəzası baş verib - FOTO - VİDEO

Suraxanı və Xətai rayonlarında yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 aprel 2015 06:58 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA. Suraxanı rayonunda ağır qəza baş verib.

APA-nın məlumatına görə, qəza Zığ şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən 90 TB 646 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın beton piltələrə çırpılıb. Qəza zamanı maşın deformasiyaya uğrayıb.

Hələlik kimliyi məlum olmayan və ağır yaralanan sürücü ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Digər bir qəza isə Xətai rayonunda baş verib. Yas mərasimləri üçün istifadə olunan 90 HV 061 dövlət nömrə nişanlı, “Hyundai” markalı mikroavtobus Afiyyətdin Cəlilov küçəsində 10 VD 305 nömrəli, “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR