Bank Of Baku

Marek Hamşik Bakıda Slovakiya millisinin tarixinə düşüb

Marek Hamşik Bakıda Slovakiya millisinin tarixinə düşüb
# 12 iyun 2019 09:01 (UTC +04:00)

Slovakiya milli komandasının futbolçusu Marek Hamşik rekord vurub.

APA-nın məlumatına görə, o, yığmasının tarixində ən çox qol vuran futbolçu adına yiyələnib.

M.Hamşik bunu AVRO-2020-nin Bakıda Azərbaycan yığması ilə seçmə oyununda rəsmiləşdirib. 5:1 hesablı qələbədə iki qolla pay sahibi olan hücumameylli yarımmüdafiəçi yığmada 24-cü dəfə fərqlənib.

Bununla da M.Hamşik Slovakiya millisinin ən yaxşı bombardiri adını Robert Vittekden alıb. Sonuncunun hesabında 23 qol var. “Bakcell Arena”dakı görüşədək 22 dəfə fərqlənən M.Hamşik əvvəl rekorda şərik çıxıb, ardınca yeniləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR