Bank Of Baku

Millətlər Liqasında final mərhələsi start götürür

Millətlər Liqasında final mərhələsi start götürür
# 04 iyun 2019 17:38 (UTC +04:00)

Sabah futbol üzrə Millətlər Liqası turnirində ilk mövsümün final mərhələsi start götürəcək.

APA-nın məlumatına görə, UEFA-nın yeni layihəsi olan turnirin ilk mükafatçıları Portuqaliyada müəyyənləşəcək.

Qrup mərhələsinin oyunları ötən ilin payızında baş tutan 2018/19 mövsümünün qalibi adına 4 iddiaçı qalıb. Bunlar A liqasında qrup qalibi olan Portuqaliya, İngiltərə, Hollandiya və İsveçrə yığmalarıdır.

Final mərhələsinin görüşlərinə iki şəhər – Gimaraynş və Portu ev sahibliyi edəcək. İlk qarşılaşmada Portunun “Draqao” stadionunda keçiriləcək. Meydan sahibləri İsveçrəni qəbul edəcək. Ertəsi gün Gimaraynşda İngiltərə ilə Hollandiya üz-üzə gələcək.

Final və III yer uğrunda matç isə iyunun 9-da keçiriləcək. Turnirin qalibi kubokun ilk sahibi olmaqla yanaşı, pul mükafatı da əldə edəcək. Millətlər Liqasının çempionu 10,5, finalçı isə 9 milyon avro əldə edəcək. Üçüncü yerin sahibi 8, mükafatçılar sırasına düşə bilməyən komanda 7 milyon qazanacaq.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının D liqasında qrup ikincisi olub. 

Millətlər Liqası
Yarımfinal
5 iyun
22:45. Portuqaliya – İsveçrə

Portu. “Draqao” stadionu
6 iyun
22:45. Hollandiya – İngiltərə

Gimaraynş. Afonso Enrike stadionu
III yer uğrunda oyun
9 iyun

17:00. Yarımfinalda məğlub olanlar
Gimaraynş. Afonso Enrike stadionu
Final
9 iyun

22:45. Yarımfinalda qalib gələnlər
Portu. “Draqao” stadionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR