Millətlər Liqasının rəmzi yığması açıqlanıb.
APA-nın məlumatına görə, Portuqaliyada təşkil olunan final mərhələsi ilə başa çatan turnirin ən yaxşı 11 futbolçusu bəlli olub.
UEFA-nın tərtib etdiyi rəmzi komandada finalçılar - Portuqaliya və Hollandiyanın hərəsinin dörd üzvü yer alıb. “11-lik”də İsveçrənin iki müdafiəçi, İngiltərə bir qapıçı ilə təmsil olunub.
Qapıçı: Cordan Pikford (İngiltərə);
Müdafiəçilər: Kevin Mbabu, Manuel Akanji (hər ikisi İsveçrə), Mateys De Liqt (Hollandiya), Ruben Dias (Portuqaliya);
Yarımmüdafiəçilər: Rafael Gerrero (Portuqaliya), Frenki de Yonq, Marten de Ron (hər ikisi Hollandiya);
Hücumçular: Bernardo Silva, Kriştianu Ronaldo (hər ikisi Portuqaliya), Memfis Depay (Hollandiya).
Qeyd edək ki, yarışın qalibi adını Portuqaliya qazanıb.