Bank Of Baku

Namiq Ələsgərov: “Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik”

Namiq Ələsgərov: “Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik”
# 21 iyun 2019 01:07 (UTC +04:00)

"Ağır məşqlərin fonunda oyun keçirdik. Düzdür, yoxlama görüşlərində nəticə vacib deyil”.

APA-nın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Namiq Ələsgərov deyib.

Yarımmüdafiəçi Türkiyə toplanışında keçirilən Rusiyanın "OİK-Xabarovsk” klubu ilə yoxlama oyununu (3:1) dəyərləndirib. İlk qolun müəllifi klubun rəsmi saytına açıqlamasında görüşün gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli olduğunu deyib: “Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odur ki, Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq. Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bugünkü oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR