Bank Of Baku

“Neftçi” fransalı  hücumçunun transferini rəsmiləşdirib - VİDEO

“Neftçi” fransalı  hücumçunun transferini rəsmiləşdirib - VİDEO
# 16 iyun 2019 16:00 (UTC +04:00)

Bakının “Neftçi” klubu növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi fransalı hücumçu Stiven Monrozun komandaya qoşulduğunu açıqlayıb.

Son iki mövsümü “Qəbələ”də keçirən 29 yaşlı forvardla 2 il müddətinə müqavilə bağlanıb. Yeni mövsümə Türkiyədə hazırlaşan komandanın düşərgəsində olan S.Monroz Premyer Liqada keçirdiyi 47 oyunda 15 qol vurub.

29 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, S.Monroz bu yay “Qəbələ”dən “Neftçi”yə keçən 3-cü futbolçudur. Onadək Rauf Əliyevlə Voislav Stankoviç də paytaxt klubuna keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR